McLaren bolidlərinin texniki yoxlanışı zamanı müəyyən edilib ki, maşınların altlığı (skid block) normadan artıq aşınıb və tələblərə cavab verməyib. Texniki reqlamentə görə, bu lövhənin bütün uzunluğu boyunca minimal qalınlığı 9 mm olmalıdır, lakin Norris və Piastrinin maşınlarında bu göstərici daha aşağı olub.
Pozuntu məsələsi stüardların müzakirəsinə verilib. Hər iki McLaren pilotu diskvalifikasiya riski ilə üzləşib.




Şərh əlavə et