Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Maksa şərait yaratdım

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, o Maksa yarışı qazanması üçün şərait yaradıb.

Britaniyalı sürücü Las Veqas yarışının startında Maks Ferstappenlə mübarizə zamanı trasdan kənara çıxaraq mövqeyini itirib. Finişdən sonra McLaren pilotu bunun öz səhvi olduğunu etiraf edib.

Lando Norris: “Mən Maksa qalib gəlməyə şərait yaratdım. (gülür) Onun rahatlıqla yanımdan keçməsinə imkan verdim, gözəl yarış keçirməsi üçün şərait yaratdım!

Əslində isə sadəcə olaraq çox gec əyləclədim və bu, mənim səhvim idi. Birinci döngədə qərarlı olmaq lazımdır, ancaq mən həddindən artıq qərarlı oldum. Bu, mənə qələbəni itirməyə başa gəldi, lakin belə şeylər olur. Mənim üçün ideal deyildi, amma rəqib sizə 20 saniyə fərq atırsa, deməli o, sadəcə daha yaxşı iş görüb, maşını daha sürətli olub.

Yarışı pis keçirmədim, tempim yaxşı idi, lakin Maks daha sürətli idi. İkinci yer  yaxşı nəticədir, vacib xallar qazandım və elə də məyus deyiləm. Maksı və Red Bull-u təbrik etməliyəm, əla çıxış etdilər. İndi isə növbəti mərhələyə hazırlaşacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et