Niderlandlı sürücü Las-Veqas Qran Prisini qazanıb. Bu nəticə onun titul iddiasında qalması üçün həyati əhəmiyyət daşıyırdı. Dördqat dünya çempionu öhdəsinə düşən işi əla yerinə yetirib.
Maks Ferstappen: Yaxşı yarış oldu! Starta qədər təkərlərin necə davranacağını bilmirdik və yarış ərzində də hamının tempi tutmağa, xüsusilə də ilk hissədə aqressiv sürərək, limitləri axtarmağa çalışdıqlarını gördük.
Amma hər şey kifayət qədər uğurlu alındı, baxmayaraq ki, əvvəllər bu trasda bizə çətin olurdu. Adətən burada maşınımızın təkərlə işi ideal olmurdu, ancaq görünür, bu dəfə hər şey nəzarətdə idi və daha aqressiv sürə bilirdim.
Bunun sayəsində temp bir az yüksək idi və trasda daha uzun qala bildim. Yarışı iki bərabər hissəyə bölmək qərarı bizə ciddi üstünlük verdi. Maşın kifayət qədər yaxşı işləyirdi, üstəlik, tam olaraq mənim sürmə stilimə uyğun gəlirdi. Finişə yaxın artıq təkərləri qorumağa ehtiyac yox idi və mən fərqi xeyli artırdım.
Titul barədə düşünmək üçün hələ tezdir, çünki fərq hələ də böyükdür. Lakin biz hər zaman maksimum nəticəyə çalışırıq və əsas hədəfimiz budur. Qalan iki yarışı da qazanmağa çalışacağıq, sonra Abu-Dabidəki yarışda nə baş verəcəyini görəcəyik.
Komandamla qürur duyuram, mövsüm maraqlı keçdi, çətin anlar da oldu, gözəl anlar da. Bu il bizə çox şey öyrətdi. Daim irəli getməliyik və növbəti mövsümə daha güclü başlamağa çalışacağıq. Amma indi baş verənlərdən də zövq alırıq!
Bu mənim 69-cu qələbəmdir, amma mən 169 rəqəmini daha çox sevirəm, deməli, hələ uzun müddət Formula 1-də qalmalı olacağam!”




Şərh əlavə et