Xəbəri Kokpitdə Oxuyun!

Tsunoda yarışa pit yolundan başlayacaq

FIA, Yuki Tsunodanın maşınında bağlı park (parc fermé) rejimində güc qurğusunun dəyişdirilməsini təsdiqləyib.

Red Bull Racing Yukinin sıralanma turunda 19-cu yeri tutmasından istifadə edərək onun maşınında güc qurğusunu tam şəkildə yeniləyib.

Yaponiyalı sürücünün maşınına altıncı daxiliyanma mühərriyi, altıncı turbo, altıncı MGU-H və MGU-K, həmçinin doqquzuncu qazburaxma sistemi quraşdırılıb.

Bu dəyişikliklərə görə Yuki Tsunoda bugünkü yarışa pit yolundan start verəcək.

Rauf Hacıyev

Şərh əlavə et