Xəbəri Kokpitdə Oxuyun!

M.İzola strategiyaları dəyərləndirib

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, Las Veqasda ən sürətli strategiya bir pit-stopdan ibarət olacaq.

Pirelli Motorsport-un rəhbəri Mario İzola Las Veqasdakı sıralanma turunun nəticələrini dəyərləndirib və bazar günü üçün mümkün təkər strategiyalarını açıqlayıb.

Mario İzola: “Səhra mühitində yağışlı sıralanma turu görəcəyimi heç vaxt gözləmirdim, amma Las Veqas bizi təəccübləndirməyə davam edir. Komandalar sərbəst yürüşlərdə müəyyən faydalı məlumat topladılar, çünki dövrələrin 30 faizi yağış təkərləri ilə qət edildi. Amma bu, sıralanma üçün hansı təkərin daha uyğun olduğunu dərhal anlamaq üçün kifayət etmədi.

İlk dövrələrdən sonra məlum oldu ki, belə şəraitdə intermediate yox, tam yağış təkərləri daha yaxşı işləyir. Onlar tras qurumağa başlamazdan əvvəl ilk sürətli dövrələr üçün lazım olan asfsltla ilişməni verdilər. Tras bir qədər quruduqdan sonra isə intermediate təkərlərinə keçmək mümkün oldu. Yarışın startında oxşar hava şəraiti olsa, üçüncü sərbəst yürüşdə müəyyən olunan keçid nöqtəsi çox vacib rol oynaya bilər”.

Mario İzola daha sonra komandaların istifadə edə biləcəyi strategiyaları izah edib: “Mövcud məlumat az olsa da, yarışın quru trasda keçəcəyini əsas götürürük. Soft təkərlərin dənlənmə səviyyəsi yüksək olduğu üçün həmin tərkibin yarış strategiyası üçün uyğun olmadığı görünür.

Ən sürətli nəzəri strategiya bir pit-stopdan ibarətdir: start Medium, 20–26-cı dövrələr arasında Hard və uzun final hissəsi.

İki ədəd Hard təkər dəsti saxlayan komandalar Medium–Hard–Hard strategiyasını sınaya bilərlər. Bu halda pit-stoplar 12–18-ci və 27–33-cü dövrələr arasında planlaşdırılır.

Eyni yanaşma iki ədəd Medium dəsti olan komandalar üçün də keçərlidir: ilk hissə Medium, sonra Hard və sonda yenidən Medium – 32–38-ci dövrələr aralığında…”

Soft təkərlərdən istifadə isə qaçınılmaz olaraq iki pit-stop tələb edir: “Soft-u ən effektiv formada yalnız startda istifadə etmək mümkündür. Daha sonra 8–14-cü dövrələr arasında Medium-a keçmək və yarışın sonunda, 34–40-cı dövrələrdə yenidən Soft-a qayıtmaq optimal görünür”.

Rauf Hacıyev

Şərh əlavə et