Xəbəri Kokpitdə Oxuyun!

Ferrari pilotları yağışdan narazıdırlar

Şarl Lekler Ferrari-nin nəm trasdakı problemlərinin hələ də həll olunmamasından narahatdır…

Kokpit.az xatırladır ki, Las Veqasdakı yağışlı sıralanma turu “qırmızılar” üçün heç də yaxşı keçməyib. Monakolu sürücü 9-cu, onun komanda yoldaşı isə 20-ci yeri tutaraq, tiffoziləri məyus ediblər.

Şarl Lekler: “Təəssüf ki, Ferrari-yə gəldiyim ilk günlərdən bəri maşınımızın yağışlı trasda çox böyük çətinlikləri var. Biz bu problemi həll edə bilməmişik. Bu, cəhd etmədiyimiz demək deyil. Əlimizdən gələni edirik, amma heç biri işləmir.

Bu, çox-çox məyusedicidir. Çünki gənclər seriyalarında yağışlı havalarda həmişə çox güclü idim, bu mənim üstün tərəfim idi. Ferrari-də isə yağışda dəhşətli problemlər yaşayırıq. Təkərlər heç işləmir, trasla ümumiyyətlə ilişmə olmur”.

Lyuis Həmilton: “Hisslər dəhşət və  çox xoşagəlməzdir. Lakin edə biləcəyim yeganə şey vəziyyəti öz axarına buraxmaqdır. Ümid edirəm ki, yarışda toparlana biləcəyəm.

Sərbəst yürüşlərdə əlimdən gələni etdim, yaxşı hazırlaşdıq, üçüncü məşq sessiyasında hisslər möhtəşəm idi. Sonda sürətli dövrəni bitirmədim, amma özümü hamıdan sürətli hiss edirdim. Yekunda sıralanma turunda iyirminci yeri tutdum. Bu il şübhəsiz, karyeramın ən çətin mövsümüdür”.

Rauf Hacıyev

Şərh əlavə et