Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Las Veqasdakı sıralanma turunda beşinci yeri tutub. O, komanda yoldaşı Lando Norrisdən 1 saniyə geridə qalıb.
Oskar Piastri: “Son sürətli dövrəmdə sarı bayraqlar mənə mane oldu. Onsuz da hansı yerdə olacağımı dəqiq deyə bilmərəm, çünki dövrənin əvvəlində də bəzi problemlər oldu, hər şey istədiyim kimi alınmırdı.
Ümumilikdə, dövrəni nə qədər daha sürətli gedə biləcəyimi demək çətindir, amma bir şeyi dəqiq bilirəm, biz maksimum nəticəni əldə edə bilmədik. Bununla belə, maşınımız güclüdür. Belə görünür ki, o, hər cür şəraitdə sabit işləyir.
Yarışda inamlı çıxış üçün şanslarımız var və ümid edirəm ki, bir neçə mövqe irəliləyə biləcəyəm”.




Şərh əlavə et