Xəbəri Kokpitdə Oxuyun!

Alpine cərimələnib

Las-Veqas Qran Prisində stüardlar Alpine komandasının pozuntusunu araşdırıblar.

Üçüncü sərbəst yürüşdən sonra Alpine komandasının buraxdığı prosedur xətası diqqətə alınıb.

Komanda Franko Kolapintoya aid bir ədəd intermediate təkər dəstini qaytarmalı idi və bunu faktiki olaraq edib. Lakin qaytarma əməliyyatı baş verdikdən sonra FIA sisteminə bu barədə elektron təsdiq sənədi göndərilməyib. Bu isə Formula 1-in İdman Reqlamentinin 30.5 (g) bəndinin pozulması hesab olunur.

Bu səbəbdən stüardlar Alpine komandasına 5 min avro cərimə tətbiq ediblər.

Rauf Hacıyev

Şərh əlavə et