İlk insident Karlos Saynsın (Williams) sıralanm- turunun birinci hissəsində təhlükəli şəkildə trasa qayıtması ilə bağlıdır. Stüardlar onun bu hərəkətlə Ləns Strolla mane olub-olmadığını araşdıracaqlar.
Bundan başqa, stüardlar Alpine və Mercedes komandasının nümayəndələrini dinləyəcəklər.
Alpine barədə araşdırma, üçüncü sərbəst yürüşdən sonra komandanın Franko Kolapinto üçün istifadə etdiyi intermediate təkər dəstinin elektron qaydada qaytarılmaması ilə bağlıdır. Bu, prosedurun pozulması hesab olunur.
Mercedes isə başqa bir prosedur xətasına görə çağırılıb. Komanda Corc Rassell və Kimi Antonellinin bolidlərinə aid setup məlumatlarını FIA-ya təqdim etməyib.




Şərh əlavə et