Niderlandlı sürücü Las-Veqasda keçirilən sıralanma turunu ikinci yerdə tamamlayıb və poulun sahibi Lando Norriə 0.323 saniyə uduzub. Red Bull Racing sürücüsü şəhər trasında yağış altında sürməyi “buz üzərində idarəetmə” ilə müqayisə edib.
Maks Ferstappen: “Tras çox, həm də çox sürüşkən idi. Asfalt quru olanda da sürüşkən olur, yağış altında isə sürmək xoş deyildi. Mən ümumiyyətlə yaş trası sevirəm, amma bu gün idarəetmə buzun üstündə sürməyə bənzəyirdi.
Təkərləri iş temperaturuna salmaq üçün çox vaxt lazım idi. Məncə, biz tam yağış təkərlərində daha rəqabətcil görünürdük, ancaq trasın vəziyyəti yaxşılaşdığı üçün nəticədə intermediate-lərə keçmək lazım gəldi. Bu təkərlərdən asfaltla ilişmə almaq çox çətin oldu.
Son cəhdimdə bir az daha çox risk etdim, lakin bu da poul uğrunda mübarizə aparmağa kifayət etmədi. Buna baxmayaraq, ilk cərgə bizim üçün yaxşı nəticədir.
İndi səbirsizliklə yarışı gözləyirəm. Ümid edirəm ki, asfaltla ilişmə normal olacaq, amma görək nə edirik”.




Şərh əlavə et