27 yaşlı sürücü çox çətin hava şəraitində keçirilən təsnifat mərhələsinin qalibi olub. Bu, McLaren-in britaniyalı sürücüsü üçün mövsümdə artıq yeddinci poul olub və Las Veqasda yağan yağış belə ona mane ola bilməyib.
Lando Norris: “Bu çox gərgin, həddən artıq gərgin təsnifat idi və mən öz arxamdan heç kimin dövrə vurmağa çatmadığını bilmirdim. Anlayırdım ki, dövrənin ilk iki sektoru pis alınmayıb, amma tras inanılmaz dərəcədə sürüşkən idi. Kerblərə hücum edəndə bir az səhv etsən, maşın dərhal fırlanmağa başlayır və az qalırdı ki, divara dəyirdim!
Amma nəticəm poul üçün kifayət etdi. Şərait heç də ideal deyildi, ancaq yağışın dayanmasına və yaxşı performans göstərməyimizə şadam. Açığı, təsnifatdan əvvəl bir az mürgüləmişdim. Havanın quru olacağını gözləyirdim, lakin oyandım, gördüm ki, yağış yağır. Bunun yaxşı olmadığını düşündüm.
Burada əvvəllər heç kim yağışda sürməyib, ona görə bizi nəyin gözlədiyini bilmirdik. Demək olar ki, hər döngədə maşını divara çırpmaq mümkün idi və bu, təsnifatın sonu ola bilərdi. Məhz bu qədər çətin şəraitdə keçirilən sessiyada uğur qazanmaq məni daha çox sevindirir”.




Şərh əlavə et