Las Veqasa gətirilən yeniliklər

Las Veqasa gətirilən yeniliklər
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

On komandadan üçü maşınlarının konfiqurasiyasında dəyişikliklərlə bağlı FİA-ya məlumat verib və formal olaraq bunlar müəyyən texniki yeniliklər sayılır, baxmayaraq ki, söhbət yalnız Las-Veqas şəhər trasının xüsusiyyətləri ilə əlaqəli kiçik yeniliklərdən gedir.

 

McLaren

Britaniya komandası Mühəndislər Kubokunu vaxtından əvvəl qazanıb və indi həm Lando Norris, həm də Oskar Piastrinin yer aldığı titul mübarizəsində iştirak edir. Məsuliyyət maksimum səviyyədədir və komanda bütün mövcud resurslardan istifadə edib. Bu səbəbdən də bu həftəsonu hər iki maşında yenilənmiş qanadlar quraşdırılıb.

Ön qanadda tənzimlənən elementin geometriyası dəyişdirilib. Məqsəd, aşağı müqavimətə hesablanmış arxa qanad konfiqurasiyası ilə birlikdə onun daha balanslı işləməsinə nail olmaqdır.

Arxa qanadla bağlı komanda bildirib ki, onun hərəkətli elementi üçün iki variant nəzərdə tutulub və hər iki variant adətən istifadə olunandan daha dardır. Dəyişikliklərin məqsədi — trasın xüsusiyyətlərinə uyğun olaraq hava müqavimətini və ümumi arxa qanadın yaratdığı asfaltayatma qüvvəsini azaltmaqdır.

Red Bull Racing

Mövsümün 22-ci mərhələsinə hazırlıq çərçivəsində Red Bull Racing də oxşar qərarlar qəbul edib, lakin yalnız ön qanadda müəyyən dəyişikliklərlə kifayətlənib.

Buradakı tənzimlənən element daha dar edilib və bu, Las-Veqas trasının tələbləri nəzərə alınaraq düzəldilib ki, ön qanad arxa qanadın bu həftəsonu istifadə olunan hücum bucaqlarına və ümumi sazlamalarına tam uyğun olsun.

Racing Bulls

Racing Bulls isə arxa qanadın hərəkətli elementinin profilində dəyişiklik edildiyini bildirib. Bu da yüksək sürətli şəhər trasının xüsusiyyətləri nəzərə alınaraq həyata keçirilib və əsas hədəf daha aşağı hava müqaviməti və asfaltayatma qüvvəsi əldə etməkdir.

Bunları da oxuyun

Şərh əlavə et