Kokpit.az xatırladır ki, McLaren komandasından Lando Norris Las Veqasdakı cümə gününü birinci yerdə, Oskar Piastri isə 14-cü yerdə tamamlayıb.
Lando Norris: “Qırmızı bayraqlar səbəbindən lazım olan bütün məlumatları toplaya bilmədik, amma ikinci məşqdə maşın ilk sessiya ilə müqayisədə xeyli yaxşı idarə olunurdu. Yaxşı irəliləyiş əldə etmişik və ümumi mənzərədən razıyıq.
İrəliyə aparan müsbət məqamlarımız var, həmçinin sabah üçün güclənməli olduğumuz bəzi sahələr də qalır”.
Oskar Piastri: “İkinci sərbəst yürüşlərdəki qırmızı bayraqlar qüvvələr balansını anlamağı çətinləşdirdi, lakin maşında sürət var, ona görə görək necə olacaq.
Birinci sessiya yaxşı keçdi, ancaq ikinci sərbəst yürüşdə qırmızı bayraqlar səbəbindən Soft təkərlərlə sürətli dövrə ata bilmədim. Gecə bəzi düzəlişlər edəcəyik. Sabah havanın necə olacağını gözləyək”.




Şərh əlavə et