Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Təəssüratlarım yaxşıdır

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, cümə günündən sonra maşınla bağlı təəssüratları yaxşıdır və sazlanmalarda çox dəyişiklik etməyəcək. 

Kokpit.az britaniyalı sürücü Las Veqasdakı cümə sərbəst yürüşlərini 10-cu yerdə bitirib.

Lyuis Həmilton: “Ümumilikdə sessiyadan normal təəssüratlarım var. Əslində ilk sərbəst yürüşlərdə də bolid yaxşı idi, sadəcə sürətli dövrə atmaq alınmadı, eyni hal ikinci sessiyada da təkrarlandı.

İkinci sərbəst yürüşlərə qədər sazlamaları bir az yaxşılaşdırdıq və xüsusən ilk sektorda tempim kifayət qədər yaxşı idi. Təəssüf ki, sessiya bir neçə dəfə sarı və qırmızı bayraqlarla dayandırıldı. Buna baxmayaraq, kifayət qədər məlumat toplamışam və sabah üçün döyüşkən əhvaldayam.

İlk sessiyanın əvvəlində asfalt çox sürüşkən idi, ancaq vəziyyət tez yaxşılaşdı. Sabah necə olacaq, görəcəyik. Burada hava çox soyuqdur, lakin tribunalar doludur, yalnız azarkeşlərə özləri ilə bir az daha isti geyim gətirmək lazım idi.

Ümumilikdə hər şey qaydasındadır, maşından razıyam və düşünmürəm ki, sabaha qədər sazlamalarda böyük dəyişiklik etməli olacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et