Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Hər şeyi dəqiqləşdirmişəm

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, cümə gününü müsbət qiymətləndirir.

Monakolu sürücü Las Veqasdakı birinci sərbəst yürüşlərin lideri olub, ikinci sessiyanı isə üçüncü sırada tamamlayıb.

Şarl Lekler: “Düzünü desəm, vəziyyətimiz pis deyil. Hələlik nəticə çıxarmağa tələsmək lazım deyil. Sabah nələrin olacağını görməliyik. Mercedes komandasının sürücüləri çox güclü görünür, McLaren və Red Bull da ən yüksək yerlər uğrunda mübarizə aparır, ona görə yarış çox sıx mübarizədə keçəcək.

Ümid edirəm ki, bu gün əldə etdiyimizi daha da inkişaf etdirə biləcəyik və şənbə günü poul uğrunda mübarizə aparacağıq. Ümumilikdə, cümə gününü müsbət qiymətləndirirəm, tempimiz yaxşıdır. İndi əsas məsələ sabahkı şəraitin necə olacağını düzgün proqnozlaşdırmaq və günü düzgün başlamaqdır. Maşında hansı istiqamətdə işləməli olduğumu dəqiq müəyyən edə bilmişəm və daha çox irəliləyiş əldə etməyə çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et