Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Sürətli deyilik

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, onlar hələki ən sürətli komanda deyillər. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Las Veqadakı cümə sərbəst yürüşlərini yeddinci yerdə bitirib.

Corc Rassell: “Gün pis keçmədi. Düşünürəm ki, mübarizənin içindəyik, amma realist qalmalıyıq.

Bu həftəsonu bizdən çox şey gözləyirlər, ancaq maşın ötən illə müqayisədə xeyli dəyişib və mövsüm ərzində daha yaxşı hala gəlib. Bununla belə, bəlkə də hazırda bir il əvvəlki qədər rəqabətədavamlı deyilik. Yenə də düzgün istiqamətdə irəliləyirik. Lando sürətlidir, Maks Ferstappen və Şarl Lekler birinci sessiyada sürətli oldular, Kimi də güclü təsir bağışladı. Yəni bizi çox sıx mübarizə gözləyir.

İrəliyə baxmaq istəmirəm, çünki bu gün bizim məqsədimiz hamıdan sürətli olmaq deyildi. Realist qalmalıyıq, doğru yoldayıq, lakin hələ ki, tam olaraq ən sürətli komanda deyilik”.

Rauf Hacıyev

Şərh əlavə et