Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Asfalt yaxşılaşır

Mercedes komandasının sürücüsü Kimi Antonelli bildirib ki, onlar Las Veqas Qran Prisinə yaxşı start veriblər. 

Kokpit.az xatırladır ki, italyan sürücü Las Veqasda cümə gününü ikinci yerdə bağlayıb.

Kimi Antonelli: “Ümumilikdə bizim üçün yaxşı gün oldu. Əvvəlcə dövrə-dövrə trası öyrəndim və sükan arxasında özümü komfortlu hiss etdim. Görəcəyimiz çox iş var, amma deyə bilərəm ki, həftəsonuna yaxşı start verdik.

Birinci sessiyada ilk dövrlərdə trasın asfaltla ilişməsi məni həqiqətən şoka saldı. Sonra asfaltın vəziyyəti yaxşılaşdı və ikinci sessiyada ilişmə xeyli yüksək oldu. Sabah da eyni tendensiyanı gözləyirik, buna görə də maşının sazlamalarını ilişmənin artmasına uyğun tənzimləməli olacağıq.

Trasın sessiya ərzində sürətlə yaxşılaşdığını nəzərə alsaq, sıralanma turunda son çıxan olmaq daha yaxşıdır. Digər tərəfdən, bu halda qırmızı bayraq riski artır, buna görə düzgün balans tapmaq vacibdir. Mən tam əmin deyiləm ki, final sessiyasında ən sonda çıxmaq lazımdır, ancaq əgər tras yenə sürətlə yaxşılaşsa, bunu hökmən nəzərə alacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et