Xəbəri Kokpitdə Oxuyun!

Stüardlar lyuk qapaqları barədə açıqlama veriblər

Las Veqas Qran Prisinə yenə də problemli lyuk qapaqları damğasını vurub…

Las-Veqas Qran Prisindəki ikinci sərbəst yürüşlər bir neçə dəfə qırmızı bayraqla dayandırılıb. Səbəb isə 17-ci döngə ərəfəsindəki lyukun qapağı olub. FIA vəziyyətlə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: “Bir marşal 17-ci döngədən əvvəlki lyuk qapağının tam oturmadığı barədə məlumat verdikdən sonra yarış direktorluğu mövcud kamera görüntüləri ilə bunu təsdiqləyə bilməyib. Ehtiyat tədbiri olaraq sessiya qırmızı bayraqla dayandırılıb və tras müfəttişləri vəziyyəti qiymətləndirmək üçün əraziyə yollanıblar.

Sessiya bərpa edildikdən sonra bir neçə əməkdaş ərazidə qalıb. Onlar maşınlar həmin nöqtədən keçəndə lyuk qapağının yenidən tərpəndiyini bildiriblər. Bunun nəticəsində sessiya ikinci dəfə qırmızı bayraqla dayandırılıb. Hazırda əlavə yoxlamalar aparılır”.

Bu, Las-Veqas trasın lyuklarla bağlı ilk problem deyil. 2023-cü ildə açılan lyuk Ferrari komandasının sürücüsü Karlos Saynsın maşınının altlığını zədələmişdi. Zərbədən sonra oturacaq qırılmış, güc qurğusunun bir neçə elementi zədələnmişdi. Komanda Saynsın maşınında batareyanı dəyişməli olmuş, sürücü isə bunun qarşılığında startda 10 yer itirməli olmuşdu.

Bu dəfə isə bolidlərə ziyan dəyməyib.

Rauf Hacıyev

Şərh əlavə et