Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen narazıdır

Red Bull komandasının pilotu Maks Ferstappen bildirib ki, ikinci sessiyanın vaxtından əvvəl dayandırılması onlara heç də kömək etməyib.

Niderlandlı sürücü Las Veqas Qran Prisinin ikinci sərbəst yürüşlərində doqquzuncu nəticə göstərib və hələlik yekun söz deməyə tələsmir.

Maks Ferstappen:  “Hələlik hər şey qaydasındadır. Sessiyanın qırmızı bayraqlarla dayanması bizə heç kömək etmədi, trasla daha yaxşı ilişmə tapmalıyıq.

Bilmirəm, bu həftəsonu nəyə ümid edə bilərik. Bu trası başqa heç biri ilə müqayisə etmək olmur, çünki burada həm soyuqdur, həm də asfalt sürüşkəndir. Trasın vəziyyəti hər sessiyada yaxşılaşır, ona görə də həm sıralanma turunda, həm də yarışda təkərlərlə necə işləmək lazım olduğunu başa düşmək vacibdir”.

Red Bull-un digər sürücüsü Yuki Tsunoda isə sessiyanı 15-ci yerdə bitirib.

Yuki Tsunoda: “Las-Veqasda həftəsonunun ilk günündən razıyam. İlk sessiyada hər şey yaxşı keçdi, ikinciyə isə qırmızı bayraqlar mane oldu, amma əsas odur ki, sürətimiz var. İlişmə az olan traslarda maşına inam çox vacibdir və burada özümü yaxşı hiss etdim.

İkinci sessiyada maşın əvvəlkindən bir qədər fərqli davrandı, ancaq sonra sazlamaları dəyişdik və yenidən hər şey normal oldu. Fərqli sazlanmaları yoxlamağımız yaxşı oldu, indi onları bir araya gətirib lazım olan nəticəni almaq lazımdır.

Dörd güclü komanda çox yaxın nəticələr göstərir, bizə bir az daha sürət tapmaq lazımdır, lakin ümid edirəm ki, sabah irəliləyə biləcəyik. Gözləyək, görək necə olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et