Xəbəri Kokpitdə Oxuyun!

Lekler Las Veqasa hamıdan yaxşı başlayıb

Sessiya Bakıda hələ səhər açılmamış başlamasına baxmayaraq, Las Veqasda artıq axşam düşüb. Səma az buludu olub.

Bu yarış üçün komandalar avtomobillərinin, pilotlar isə dəbilqələrin rəng çalarlarını yeniləyiblər. Mohave səhrasında keçirilən üçüncü yarış həftəsonu olduqca rəngarəng tonlarla başlayıb.

İlk məşq zamanı trasın vəziyyəti çox da xoşagələn olmayıb. Küçə trasının asfaltı çirkli və sürüşkən olub, maşınların arxasından toz buludları qalxıb. Ayzek Həcər yad parçanın kokpitə girməsindən şikayətlənib – bu parça ayağına dəyib və sonra qaz pedalının altında yuvarlanıb. Mexaniklər bunu aradan qaldırmaq üçün sürücünü pit yoluna çağırıblar.

Sessiya hadisəsiz keçməyib. Stroll, Həmilton, Norris, Berman və Louson 12-ci döngədə təhlükəsizlik cibinə giriblər, Bortoleto, Antonelli və Piastri 7-ci döngəni kəsiblər, Norris 9-cu döngədə baryeri dəyib – ciddi nəticə olmayıb, lakin mexaniklər sonra Norrisin maşını üzərində aktiv işləyiblər. Elbon Həcərə mane olub, bu isə onu çox narazı salıb.

Sessiyaya Medium-la başlayan sürücülər Soft-a keçiblər, sonra isə uzun dövrə seriyası üçün yenidən Medium-a qayıdıblar. Ən yaxşı nəticəni Şarl Lekler göstərib, dövrəni 1:34.802-lik vaxt dilimində qət edib.

Elçin Zodorov

Şərh əlavə et