Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Las Veqas Bakıya bənzəyir

Ötən il Las-Veqas yarışının qalibi olmuş Corc Rassell hesab edir ki, McLaren bu dəfə də çətinliklə üzləşəcək.

Kokpit.az xatırladır ki, Las Veqasda hava soyuq olduğu üçün McLaren-in buradakı şansları yüksək qiymətləndirilmir. Əvəzində Red Bull və Mercedes qələbə üçün əsas namizədlərdirlər.

Corc Rassell: “Mercedes-i hesabdan çıxarsaydım və bu həftəsonu kimin qalib gələcəyini təxmin etməyə çalışsaydım, McLaren-ə mərc etməzdim. Məncə, bu trasda McLaren adətən olduğundan daha çox çətinlik yaşayacaq.

Kanadada və Bakıda podiuma çıxmadılar və bu tras da həmin yerlərə bənzəyir. Hava soyuqdur, asfalt tipi oxşardır, C5 tərkibi var və əlbəttə, aşağı asfaltayatma qüvvəsi tələb olunur.

Bakı Las-Veqasa bənzəyir, amma hər zaman sürprizlər mümkündür. Hazırda isə düşünürəm ki, sıralanma turunun finalında komandalar arasındakı fərq çox azdır.

Əgər inanılmaz bir dövrə vurub poul mövqeyindən start almaq mümkün olsa, hər şey dəyişər. Onlar (McLaren) orada bir yerdə olacaqlar, ancaq məncə, burada Red Bull-un şansları daha yüksəkdir”.

Rauf Hacıyev

Şərh əlavə et