McLaren komandası titul uğrunda mübarizədə hər iki sürücünü eyni səviyyədə dəstəkləməyə çalışıb, bu isə bəzən yarışın müəyyən anlarında komanda taktikasından istifadə edilməsinə səbəb olub. Avstraliyalı sürücü yaxınlarda etiraf edib ki, bəzi komanda əmrləri onu əsəbiləşdirib, amma ümumi olaraq komandanın vəziyyəti idarə etməsindən razıdır.
Oskar Piastri: “Bu il çətin anlarımız və çətin söhbətlərimiz oldu. Bu, oyunun bir hissəsidir. Titul uğrunda mübarizədə hər şey rol oynayır. Qarşınıza çıxan çətinlikləri və sualları birlikdə, bir komanda kimi həll etməlisiniz.
Əminəm ki, start düzümündə elə bir sürücü yoxdur ki, qəbul edilən bütün qərarlardan tamamilə razı olsun. İstər komandanın qərarları, istər stüardların qərarları, istərsə də rəqiblərin hərəkətləri. Bunların hamısı ümumi mənzərənin bir hissəsidir.
Mövsüm ərzində çətin söhbətlərimiz oldu, bəzi məsələləri müzakirə edib yoluna qoymaq lazım gəlirdi, ancaq komandanın bunun öhdəsindən gəlməsindən çox razıyam”.




Şərh əlavə et