Kokpit.az xatırladır ki, Con Elkan Braziliya yarışından sonra bildirmişdi ki, pilotlar az adanışmalı, çox iş görməlidirlər.
Şarl Lekler: “Mən Conu çoxdan tanıyıram. Bizim münasibətlərimiz hər zaman yaxşı olub, uzun illərdir birlikdə işləyirik.
Bilirəm ki, Con çox iddialı insandır, o, insanları maksimum nəticəyə motivasiya edir. O Ferrari-ni sevir, mən Ferrari-ni sevirəm, hamımız Ferrari-ni sevirik və hər vəziyyətdə maksimumu etməyə çalışırıq.
Mən bu xəbəri görmədim. Con hər zaman olduğu kimi yarışdan sonra mənə zəng edib danışdı, mesajı müsbət idi: “Bəli, daha yaxşı işləməliyik”. Bu, hamı üçün aydındır.
Əslində biz hamımız birliyik və Ferrari-ni zirvəyə qaytarmaq üçün əlimdən gələni edəcəyəm. Mən bunu həmişə demişəm və həmişə maksimum dərəcədə çalışmışam. Daha da yaxşı işləməyə çalışacağam.
Braziliyada Mercedes-ə bu qədər xal vermək xoş olmadı. Hazırda edə biləcəyimiz ən yaxşı şey hər yarışı ayrı-ayrılıqda diqqətə almaqdır.
Las-Veqas trası bizim maşın üçün ən uyğun olan tras deyil. Düşünürəm ki, burada Mercedes çox güclü olacaq, lakib yanılmaqdan məmnun olaram. Yaxşı nəticə üçün əlimdən gələni edəcəyəm”.




Şərh əlavə et