Pirelli Las Veqas üçün məsləhətlər verib

Pirelli Las Veqas üçün məsləhətlər verib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli artıq üçüncü ildir ki, Las-Veqas şəhər trasına C3, C4 və C5 tərkiblərini gətirib. Burada əsas faktor asfaltın aşağı temperaturu səbəbindən təkərlərin qızdırılması və temperaturun sabit saxlanılmasıdır.

Şirkət hələ ki, Las-Veqasdakı yarışda neçə pit-stop olacağını dəqiq proqnozlaşdıra bilməyib, amma komandaların strategiya seçimlərinə necə tövsiyələr verdiklərini izah edib.

Pirelli-nin açıqlamasında deyilib: “Las-Veqas kazinolarında azacıq bəxtlə qazanmaq olar, ancaq Formula 1-də təkcə bəxt kifayət etmir. Optimal strategiya kompüter modelləşdirməsi və məlumatların təhlili əsasında qurulur”.

Hər Qran Pridən əvvəl Pirelli komandalar üçün həmin həftəsonu mövcud tərkiblərə əsaslanan ən sürətli strategiya variantlarını hazırlayıb təqdim edir. Bu hesablamalar xüsusi modellər və simulyasiyalar üzərindən aparılır.

Şirkət qeyd edib ki, bu yanaşma komandaların istifadə etdiyi metodologiyadan fərqlənsə də, məqsəd eynidir — bir bolidin yarışı mümkün olan ən qısa müddətdə tamamlamasına nail olmaq. Bunun üçün bütün məlumatlar optimal strategiyanı müəyyənləşdirmək üçün hazırlanmış xüsusi proqram təminatı ilə analiz edilir.

Strategiyanın qurulmasında əsas faktorlar:

  • İlkin təhlillə müəyyənləşdirilmiş tərkiblərin performans fərqi.
  • Eyni trasda əvvəlki illərdə qeydə alınmış təkər yeyilməsi məlumatları.
  • Cari mövsümdə həmin tərkiblərin tətbiq edildiyi digər yarışlardan toplanan məlumatlar.
  • Təkərin “ömür müddəti”,  yəni performansın dəyişdirilmə həddinə qədər neçə dövrə davam gətirdiyi.

Bu elementlər dövrəvi vaxtların hesablanmasına və yanacağın azalma tempi nəzərə alınmaqla ideal pit-stop pəncərələrinin müəyyən olunmasına imkan verir.

Komandalar bir və ya iki pit-stop strategiyası barədə qərar verərkən pitə daxilolma, təkər dəyişmə və trasa qayıtma üçün tələb olunan vaxtı da nəzərə alır. Bu göstəricilərdən hər trasda fərqli müddət alınır və məlumatlar bütün həftəsonu ərzində yenilənir.

Daha çox məlumat toplaya bilən komandalar həmçinin Monte Karlo metodundan istifadə edir. Bu metod təsadüfi amilləri də nəzərə alır: trasdakı tıxac, təhlükəsizlik avtomobilinin ehtimalı, DRS zonalarında ötmə imkanları və digər dəyişkən faktorlar.

Bunları da oxuyun

Şərh əlavə et