Komandanın icraçı direktoru Piter Bayer yeni layihə barədə danışarkən vurğulayıb ki, mövsüm ərzində xüsusi rəng çalarları həm komanda, həm də azarkeşlər üçün böyük əhəmiyyət qazanıb: “Bu mövsüm göstərdi ki, xüsusi dizaynlar bizim üçün nə qədər vacibdir. Mayamidəki cəsarətli görünüşdən tutmuş Slawn və Shaboozey ilə Silverstoun və Ostindəki əməkdaşlığımıza qədər bütün rəng çalarları yaradıcılığımızın və özünüifadəmizin bir təzahürü olub”.
Onun sözlərinə görə, komanda tərəfdaşların dünyasını öz dünyası ilə yaradıcı şəkildə birləşdirib: “Onların bu ruhu qəbul edib hər bir təqdimatı əsl bayrama çevirməsinə görə minnətdarıq. Mövsümü Las-Veqas üçün hazırladığımız bu parlaq dizaynla yekunlaşdırmaq, innovasiya və əməkdaşlıqla dolu inanılmaz bir ilin mükəmməl sonu kimi görünür”.





Şərh əlavə et