Xəbəri Kokpitdə Oxuyun!

Pirelli bir pit-stoplu strategiya gözləyir

Pirelli Motorsport-un rəhbəri bildirib ki, Meksika trasında ötmə çətin olduğu üçün bir pit-stoplu strategiya gözləyir.

Pirelli komandası təkərlərin davranışını və trasın vəziyyətini təhlil etdikdən sonra bugünkü yarışda ənənəvi bir pit-stop strategiyasının üstünlük təşkil edəcəyini gözləyir.

Mario İzola, Pirelli-nin avtoidman direktoru: “Üçüncü sərbəst yürüşdə təkərlərin yeyilməsi və trasın vəziyyəti demək olar ki, cümə günündə gördüyümüz kimi idi, amma sıralanma turunda asfaltın ilişməsi yaxşılaşdı və nəticələr də bizim hesablamalara uyğun gəldi.

Sıralanma turunda C5 tərkibli təkərlərin xüsusiyyətləri aydın şəkildə hiss olunurdu. Uzun düzlüyün sonunda birinci döngəyə lazımi dərəcədə isinmiş ön təkərlərlə çatan sürücülər balanslı maşın sayəsində üstünlük qazandılar. Son sektorda isə arxa təkərlərin temperaturuna nəzarət bir qədər vaxt qazanmaq üçün həlledici amil oldu.

İkinci sürətli dövrəsində nəticəsini yaxşılaşdıran azsaylı pilotlar bunu trasın vəziyyətinin getdikcə düzəlməsi ilə əldə etdilər. Yarış zamanı asfaltın temperaturu 50 dərəcəyə qədər qalxa bilər və bu, təkərlərin istilik yeyilməsinə nəzarət baxımından strategiyanın əsas faktoru olacaq.

Heç bir sürücü iki ədəd Medium təkər dəstini saxlamayıb, buna görə birpit-stop strategiyası ən real variantdır. Bu həftəsonu Medium təkərlər ən universal seçim kimi özünü göstərir. Onlarıa start alan sürücülərin qarşısında azı iki fərqli ssenari açılır.

Əgər birinci hissəni 42–48-ci dövrəyə qədər uzatmaq mümkün olsa, sonradan Soft təkərlərə keçib finişə qədər getmək olar. Amma C4 tərkibli təkərlər öz effektivliyini tez itirsə, 26–32-ci dövrələr arasında Hard-a keçid mümkündür.

Soft təkərlərlə start daha yaxşı ilişmə hesabına ilk dövrədə qısa üstünlük verə bilər, lakin boliddə çoxlu yanacaq olduğuna görə pilotlar tempi idarə etməlidirlər. Bu halda C4 təkərlərinə keçid 23–29-cu, C2-yə keçid isə 20–26-cı dövrələr arasında gözlənilir.

Nəzəri cəhətdən Soft–Medium–Soft iki pit-stoplu strategiyanı da düşünmək olar. Bu, ümumi yarış vaxtı baxımından birpit-stoplu variantla oxşardır, lakin pit-stoplardan sonra mövqe itkisi və Meksika trasında ötmələrin çətinliyi bu strategiyanı yalnız “kağız üzərində” real edir”.

Rauf Hacıyev

Şərh əlavə et