Onun komanda yoldaşı və çempionatdakı əsas rəqiblərindən Lando Norris isə yarışa pouldan başlayacaq.
Oskar Piastri: “Ümumilikdə əhval normaldır, amma tempimiz yox idi və bu bir qədər çaşdırıcıdır. Həftəsonu ərzində fərq təxminən eyni səviyyədə qalıb, buna görə hər şeyi yoxlayıb nəyi səhv etdiyimizi tapmalıyıq. Əlbəttə, bu bir az məyusedicidir.
Biz sazlanmalarda ciddi dəyişikliklər etməmişik, sadəcə bu həftəsonu və mövsümün əvvəlki mərhələsində istədiyimiz tempi tapa bilməmişik və hələ də bunun səbəbini dəqiq bilmirəm. Deməli, araşdırmağa davam etməliyik.
Sabahkı yarışda əlimdən gələni etməyə çalışacam, o cümlədən irəliləmək üçün şans startda olacaq, amma görək, gücümüz nəyə çatır”.




Şərh əlavə et