O, yarışı daha yüksək müvqedə başa vurması üçün rəqiblərinin mübarizəni yarımçıq dayandırmasına ümid etməli olduğunu düşünür.
Maks Ferstappen: “Əgər maşında nəyin düz işləmədiyini bilsəydik, artıq düzəltmiş olardıq. Təəssüf ki, bilmirik. Çoxlu variant sınadıq, amma heç biri kifayət qədər yaxşı olmadı. Yəni demək olmaz ki, cəhd etmədik, sadəcə həll tapa bilmədik.
Təsnifat zamanı vəziyyəti düzəltməyə çalışdıq, amma bəzi döngələrdə maşın özünü lazım olduğu kimi aparmadı. Bəzi döngələrdə vəziyyət yaxşılaşdı, digərlərində isə pisləşdi, bu da mənə sürətli getməyə imkan vermədi. Artıq birinci sessiyanın ilk cəhdindən sonra bildim ki, böyük nəticəə alınmayacaq.
Temp çatışmazlığına görə yarışda irəliləmək çətin olacaq. Daha yüksək mövqe üçün mənə rəqiblərin yarışı dayandırması lazımdır. Bu həftəsonu atdığım hər dövrə kifayət qədər yaxşı olmayıb. Nə tək dövrədə, nə də uzun məsafədə maşın optimal iş pəncərəsində olmayıb. Yarışda hər şey qəfildən daha yaxşı olacağını düşünmürəm”.




Şərh əlavə et