Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Arxamda güclü pilotlar var

McLaren komandasının sürücüsü Lando Norris Meksikada poul qazanıb. Bu, onun mövsümdə 5-ci, ümumilikdə isə üç aylıq fasilədən sonra ilk pouludur.

26 yaşlı pilot son dəfə Belçika Qran Prisinin sıralanma turunda qalib gəlmişdi.

Lando Norris: “Poula qayıtdığım üçün çox sevinirəm! Əhvalım dərhal qalxdı, çünki çoxdandır sıralanma turunda qalib gəlmirdim. Bu, çox yaxşı dövrə idi və tam olaraq nə baş verdiyini bilmədim. Hər şeyin yaxşı getdiyini hiss edirdim, amma finiş xəttini keçəndə nəticəni görüb çox xoş formada təəccübləndim.

Ümumiyyətlə, həftəsonunun əvvəlindən bəri əhvalım yaxşı idi, xüsusən də bu gün sessiyadan sessiyaya hər şey daha da uğurlu alınırdı. Sıralanma turunun sonunda Ferrari-nin sürəti bir az narahatlıq yaratdı, ancaq ən vacib anda ideal dövrə atmağı bacardım. Bu da sevinmək üçün əla səbəbdir.

Keçmişdə bu trasda yaxşı çıxış etmişəm, ona görə sabahkı yarışda diqqətimi yalnız mənim idarə edə biləcəyim məqamlara yönəldəcəyəm. Qalanı mənlik deyil. Ancaq məqsədim qələbə qazanmaqdır və yalnız irəli baxıram.

Bilirəm ki, arxamda çox sürətli pilotlar start alacaq, həm də burada birinci döngəyə qədər məsafə çox uzundur. Ferrari-nin adətən güclü yarış tempi olur, ona görə onlarla ciddi mübarizə gözləyirəm. Asan olmayacaq, lakin mən döyüş ruhundayam. Görək, nəyə nail ola biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et