L.Həmilton: Maşında potensial var

L.Həmilton: Maşında potensial var
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, maşının potensialı var.

Britaniyalı sürücü birinci sərbəst yürüşləri buraxıb və onun yerinə komandanın ehtiyat pilotu Antonio Fuoko sükan arxasına keçərək, Formula 1-in rəsmi sessiyasında debüt edib

Lyuis Həmilton: “Sükan arxasında özümü o qədər də rahat hiss etmədiyimə baxmayaraq, liderlərə bu qədər yaxın olmağımız məni təəccübləndirdi.

Buraya hər il gələndə aerodinamik quruluşu yüksək təzyiq səviyyəsinə uyğunlaşdırmaq lazım olur, çünki tras dəniz səviyyəsindən çox yuxarıda yerləşir. Amma buna baxmayaraq, elə bil ki, Montsada olduğundan da az asfaltla ilişmə var.
Maşın bütün döngələrdə sürüşür, ilişmə tapmağa çalışırıq, ancaq çatışmır.

Bu arada deyim ki, burada çox ağcaqanad var, dəhşət! Düşünürdüm ki, Yamaykada ağcaqanad problemi böyükdür, amma Meksika ikinci yerdədir.
Ümumilikdə, günü uğursuz adlandırmaq olmaz. Birinci sərbəst yürüşü buraxdım, çünki bolidimi Antonio Fuoko idarə edirdi. O, işini yaxşı gördü. Onu izləmək maraqlı idi və onun zövq aldığını görmək xoş oldu.

Maşın çox sürüşür, balans hələ ideal deyil, buna görə də SF-25-in düzlükdəki davranışını sabitləşdirmək üçün sazlamalar üzərində işləməliyik. Bu, ralli maşını deyil, ona görə də bu qədər sürüşmək heç düz gəlmir.

Topladığımız məlumatları analiz edəcəyik, planlar quracağıq, ancaq bugünkü vəziyyətdəki kimi bir bolidlə yarışa başlamaq istəməzdim. Faciə deməzdim, amma təkərlərin işləmə effektivliyini artırmalı və bolidin real potensialını üzə çıxarmalıyıq, çünki bilirəm, bu maşın daha sürətli ola bilər”.

Bunları da oxuyun

Şərh əlavə et