Ferstappen günü lider kimi başa vurub

Ferstappen günü lider kimi başa vurub
Verstappen
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Cümə günü tribunaların tam dolu olması nadir haldır, amma Mexikoda bu, reallığa çevrilib. İlk məşqlərdə 10 komandadan 9-u (Sauber istisna olmaqla) sükan arxasına gənc pilotları keçirib, ikinci məşqdə isə əsas pilotlar işləyib. Axşam yaxınlaşdıqca hava bir qədər sərinləşib.

Birinci sessiya ilə müqayisədə asfaltın vəziyyəti yaxşılaşıb – pilotlar dərhal təkərlərin effektivliyini qiymətləndirməyə başlayıb, dövrə seriyaları üzərində işləyiblər – əvvəl Medium, sonra Soft təkərlərlə bunu ediblər. Ancaq təkərlər tez qızıb və sürətlə aşınıb. Hard təkərlər isə (Pirelli C2 tərkiblərini bu mərhələ üçün ən sərt təkər olaraq seçib) Meksika üçün həddindən artıq sərt olub.

İnsidentlər də yaşanıb. Sessiyanın əvvəlində Antonellinin güc qurğusu fövqəladə rejimə keçib, amma problem boksa dönmədən həll olunub. Norris alışdırma sistemindəki nasazlıqlardan şikayətlənib, amma trasda qalıb.

Stroll plastik paketə “ilişib” və 12-ci döngədə trasdan çıxıb. Okon birinci döngədə, Həmilton və Rassel isə 10-cu döngədə trasdan çıxıblar – bu hadisələrdə maşınlara zərər dəyməyib. Elbon 16-cı döngədə arxa sol təkərlə divara toxunub və maşında aydın cızıq yaranıb. Tsunoda və Həcər ikinci döngədə kerbin üstündən sərt şəkildə keçiblər və mexaniklər altlığı yoxlamalı olublar.

Ən yaxşı nəticəni Maks Ferstappen göstərib – Soft təkərlərlə 1:17.392-lik dövrə vurub. Qısa trasda ilk onluq cəmi yarım saniyəyə sığıb, bu da təsnifatda sıx mübarizə olacağını göstərir.

Bunları da oxuyun

Şərh əlavə et