Xəbəri Kokpitdə Oxuyun!

Red Bull tezliklə heyətini açıqlayacaq

Helmut Marko gənc pilot Aleks Dannın Red Bull-un gündəmində olmadığını bildirib. Komandanın 2026-cı il heyətinin Meksika Qran Prisindən sonra açıqlanacağı gözlənilir.

Oktyabrın əvvəlində McLaren-in Aleks Dannla müqaviləni qəfil ləğv etməsi Formula 1 dünyasında böyük səs-küy yaradıb. 19 yaşlı irlandiyalı pilot mövsüm ərzində Avstriya və Monza Qran Prilərində birinci sərbəst yürüşlərdə trasa çıxmış, bu da onun gələcəyi ilə bağlı gözləntiləri artırmışdı.

Bu hadisədən sonra Red Bull-un Dannı gənc pilotlar proqramına daxil etmək istədiyi barədə iddialar irəli sürülmüşdü.

Lakin Helmut Marko bu iddiaları qəti şəkildə təkzib edib: “Dann bizim üçün bir seçim deyil”.

Red Bull-un 2026-cı il planına əsasən Maks Ferstappenin komanda yoldaşının Ayzek Hacar olması gözlənilir. Racing Bulls-un isə Liam Louson və Arvid Linblad ilə yarışacağı güman edilir.

Marko, Linblad haqqında bunları deyib: “O, Formula 1-ə keçid edə bilər. Bu mövsüm onu bir daha trasda görəcəyik. Hacarla müqayisədə daha gəncdir və yaş bəzən fərq yarada bilər, ancaq o, bizim ən ümidverici gənc istedadlarımızdan biridir”.

Marko həmçinin Ayzek Hacarın çıxışını da tərifləyib: “Ayzek özünü sübut edib və möhtəşəm nəticələr qazanıb”.

Rauf Hacıyev

Şərh əlavə et