Red Bull Norrisi güldürüb

Red Bull Norrisi güldürüb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ötən həftəsonu Ostin mərhələsində Red Bull Racing komandası cərimələnib. Səbəb isə onlardan bir əməkdaşın, bolidlər isinmə dövrəsinə çıxandan sonra, marşalların onu dayandırmaq cəhdlərinə baxmayaraq start xəttinə qayıtması olub.

Bu hərəkət FIA-nın idman kodeksinin pozuntusu sayılır. Amma hadisəni maraqlı edən məqam başqa idi: həmin əməkdaş McLaren-in Lando Norris üçün qoyduğu nişanı trasın baryerindən silməyə çalışırmış. Bu nişan Norrisə startda düzgün mövqe tutmağa kömək etməli idi.

Lakin Lando Norris Meksikada mətbuata verdiyi açıqlamada bu hadisəni gülməli adlandırıb və bildirib ki, o nişan ona ümumiyyətlə lazım olmayıb. Bununla belə, rəqiblərinə bu “zarafat” 50 min avroya başa gəlib. Cərimənin yarısı dərhal, digər yarısı isə mövsümün sonunadək oxşar hal təkrarlansa ödənilməlidir.

Lando Norris: “O nişanın heç bir rolu yox idi, mən ondan istifadə etmirdim. Ən gülməlisi isə odur ki, mənə əlavə istiqamət göstəricisinə ehtiyac yox idi. Biz o yapışqan lent parçasını sadəcə ehtiyat üçün yapışdırmışdıq. Onların buna görə cərimə alması məni güldürdü.

Onlar nişanı çıxarmağa çalışdılar, ancaq alınmadı, çünki biz lenti elə yapışdırmışdıq ki, onu qopara bilməsinlər. Ümumilikdə bu, rəqiblər üçün kiçik və əyləncəli bir tapşırıq idi. Düşünürəm, komandalar bəzən belə əylənirlər. Amma bu dəfə gülən tərəf biz olduq.

Norris əlavə edib ki, Ostinin sprint startındakı hadisə barədə komanda daxilində sakit və yumorla dolu söhbət olub: “İndi hər şey qaydasındadır, biz sadəcə mövsümün qalan yarışlarına hazırlaşırıq. Mən tam diqqətimi işimə yönəltmişəm. Əlbəttə, səni heç nəyin yayındırmaması və hər hansı mənfi vəziyyət yaranmaması yaxşı haldır. Düzdür, keçmişdə belə hallar olub.”

Bunları da oxuyun

Şərh əlavə et