Kokpit.az xatırladır ki, McLaren son qələbəsini Niderland yarışında qazanıb və ondan sonra yarış qazana bilməyib.
Lando Norris: “Meksikaya yollanmaqdan çox məmnunam. Şəhəri çox sevirəm, trasda sürmək isə hər zaman maraqlıdır. Burada Formula 1-i sevən çoxsaylı azarkeşlər var və mən onların enerjisini bir daha hiss etməyi səbirsizliklə gözləyirəm.
Ostin yarışında podium qazandıqdan sonra bu nəticəni inkişaf etdirmək və bu həftəsonu daha çox xal uğrunda mübarizə aparmaq istəyirəm”.
Oskar Piastri: “Ostin mərhələsindən dərhal sonra yeni yarış həftəsonuna başlamaq, sükan arxasına qayıdıb komandayla birlikdə tempimizi artırmaq üçün əla fürsətdir.
Əminəm ki, bu həftəsonu məhsuldar keçəcək. Meksika mərhələsini səbirsizliklə gözləyirəm və maksimum performans göstərməyə fokuslanmışam”.
Şərh əlavə et