Meksikalı sürücü bu sessiyada Lando Norrisin yerini tutacaq. 26 yaşlı pilot üçün bu, artıq Formula 1-in rəsmi yarış həftəsonunda dördüncü çıxışı olacaq. O, 2022 və 2023-cü illərdə Əbu-Dabidə, ötən il isə doğma Meksika trasında məşq sessiyalarında iştirak edib.
Pato O’Vard: “Evdə olmaq hər zaman xüsusi hissdir. Meksikada azarkeşlərin dəstəyi və atmosferi həmişə inanılmaz olur.
Komanda ilə birlikdə trasda olmağı, bolidin sazlamalarını optimallaşdırmağa və məlumat toplamağa kömək etməyi səbirsizliklə gözləyirəm.
Bu imkana görə Zek Braun və Andrea Stellaya təşəkkür edirəm. Yenidən sükan arxasına keçmək üçün səbirsizlənirəm!”
Andrea Stella, komanda rəhbəri: “ABŞ-dakı gərgin həftəsonundan sonra bu ikili mərhələnin ikinci hissəsini səbirsizliklə gözləyirik. Rodrigez Qardaşları avtodromunun texniki və sürətli hissələrdən ibarət unikal xarakteri maraqlı yarışlara şərait yaradır.
Bundan əlavə, Meksikanın dəniz səviyyəsindən yüksəkdə yerləşməsi komandalar üçün əlavə çətinliklər yaradır.
Biz Pato O’Vardın MCL39-un sükanı arxasına qayıtmasından məmnunuq. O, birinci məşqdə Landonu əvəzləyəcək və komandaya sazlamaları müəyyənləşdirməkdə kömək edəcək.
Komandamız belə ehtiraslı azarkeşlərin qarşısında çıxış etməyi çox sevir və biz onları gözəl yarışla sevindirməyə çalışacağıq”.
Şərh əlavə et