Xəbəri Kokpitdə Oxuyun!

Ostində yarış zamanı hava isti olacaq

Cümə və şənbə günləri Ostində hava isti və quru olub, bazar günü olan üçün proqnozlar da yağıntı gözlənilmədiyini göstərir.

Kokpit.az xəbər verir ki, Pilotlar yerli vaxtla saat 14:00-da isinmə dövrəsinə çıxacaqlar. Həmin vaxt hava günəşli olacaq, temperatur 28 dərəcəyə qalxacaq, zəif şimal-şərq küləyi əsəcək.

Qeyd edək i, həftəsonu başlamazdan əvvəl federasiya iştirakçılara isti hava ilə bağlı xəbərdarlıq etmişdi.

Xatırladaq ki, burada keçən il də bütün sessiyalar quru havada baş tutmuşdu.

Elçin Zodorov

Şərh əlavə et