O, bildirib ki, bu nəticə onun üçün xoş sürpriz olub.
Şarl Lekler: “Üçüncü yer böyük sürpriz oldu, xüsusilə də həftəsonunun başlanğıcının bizim üçün nə qədər çətin keçdiyini nəzərə alsaq. Təsnifatda hər şeyi bir yerə toplamağa çalışdıq və bu, alındı. Amma hələ də maşınla bağlı başa düşməli olduğumuz məqamlar var, çünki onun effektivliyi sessiyadan sessiyaya çox dəyişir, halbuki biz heç nəyi əsaslı şəkildə dəyişmirik.
Sprint yarışı da maraqlı oldu və çox şey öyrəndik. Komanda təsnifatda bu məlumatlardan istifadə etdi və görünür ki, bu, işləyib. Ümid edirəm ki, belə də davam edəcək və bir qədər irəliləyə biləcəyik.
Adətən maşın yarışda təsnifata nisbətən daha yaxşı görünür, buna görə də pozitivəm. Bilmirəm, Maks və McLaren-lə döyüş üçün kifayət qədər güclü olacağıqmı, amma əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, start yaxşı alınacaq – sprintdəki və ya ötən ilki kimi, sonra isə mövqemi qorumağa fokuslanacam”.
Şərh əlavə et