Kokpit.az xəbər verir ki, Lando bu fərqi izah edə bilmir. Onun komanda yoldaşı isə daha çox geri qalıb.
Lando Norris: “Axırıncı cəhdimdə nəticəmi bir qədər düzəltməyi bacardım. Nədənsə bu gün idarəetmə bir az çətin idi. Dünən sükan arxasında tam rahat idim, bu gün isə bu çətinliklərin nədən qaynaqlandığını bilmirəm: ya sadəcə digərləri daha çox sürətləndi, ya da külək bizə bir az daha çox mane oldu.
Ümumilikdə həm mən, həm də komanda yoldaşım üçün normal dövrə vurmaq və Maksın sürətinə yaxınlaşmaq çətin idi. Amma biz cəhdərləmizi davam etdirdik və ikinci nəticəni göstərdiyimə görə razıyam. Daha pis ola bilərdi. Amma bu gün poul üçün şansımız yox idi. Sabahkı yarışla bağlı isə sadəcə istəyirəm ki, heç kim mənə çırpılmasın!
Bazar günkü Qran Prini səbirsizliklə gözləyirəm, ümid edirəm ki, Maksla döyüşə biləcəyik. Keçmişdə onunla yaxşı mübarizələrimiz olub, ümid edirəm ki, bizi daha bir maraqlı yarış gözləyir”.
Şərh əlavə et