Xəbəri Kokpitdə Oxuyun!

Sauber komandası cərimələnib

Stüardlar Sauber komandasına pul cəzası verib.

ABŞ Qran Prisinin sıralanma turundan sonra stüardlar Sauber komandasına pit yolunda sürət həddini aşdığına görə cərimə tətbiq ediblər.

Bu həftəsonu pit yolunda icazə verilən maksimum sürət 80 km/saat olub, lakin Sauber komandasının pilotu Qabriel Bortoletto bu hissədə 80.4 km/saat sürətlə hərəkət edib. Nəticədə Sauber komandasına 100 avro məbləğində pul cəriməsi kəsilib.

Rauf Hacıyev

Şərh əlavə et