Xəbəri Kokpitdə Oxuyun!

Stroll qəzaya görə cərimələnib

ABŞ Qran Prisinin stüardları şənbə günü keçirilən sprint yarışının ilk döngəsində baş verən Ləns Stroll və Esteban Okon arasındakı insidenti araşdırıblar.

İnsidentin videogörüntülərini və sürücülərin izahlarını dinlədikdən sonra stüardlar müəyyən ediblər ki, Aston Martin komandasının pilotu əyləc nöqtəsini düzgün qiymətləndirməyib və bu, Okon ilə toqquşmaya səbəb olub.

Qərara əsasən, hadisəyə görə Stroll tam məsuliyyət daşıyır və buna görə cəzalandırılıb.

Kanadalı sürücü ABŞ Qran Prisinin əsas yarışının startında 5 yer itirəcək. Bundan əlavə, Strollun hesabına 2 cəza balı əlavə edilib. Beləliklə, onun son 12 ay ərzində ümumilikdə 7 cəza balı toplanıb.

Rauf Hacıyev

Şərh əlavə et