ABŞ-2025: Ferstappendən McLaren-lərin “out”u fonunda qələbə!

ABŞ-2025: Ferstappendən McLaren-lərin “out”u fonunda qələbə!
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ostin ardıcık 3 ildir ki, sprintli həftəsonuna səhnə olur. Sürücülərin ixtiyarında saxlanmalar və təkərlərlə işləmək üçün yalnız bir sərbəst yürüşlər olub.

Kokpit.az xatırladır ki, həmin məşqlərdə Lando Norris hamıdan sürətli olub. Lakin qısa yarışın sıralanma turunda isə Maks Ferstappen poulun sahibi olub. Start düzümündə birinci cərgədə Ferstappen və Norris, ikinci cərgədə Piastri və gözlənilmədən ön sıralara yüksəlmiş Hülkenberq, üçüncü cərgədə isə Rassell və Alonso yer alıblar.

Pirelli bura C1, C3 və C4 tərkiblərini gətirib. Startda bütün pilotlar keçən il olduğu kimi, Medium təkərləri seçiblər.

Startda Ferstappen liderliyini qoruyub. Piastri Hülkenberqlə çarpışdıqdan sonra Norrisə də dəyib və nəticədə hər iki McLaren pilotu yarışı dayandırıb. Rassell ikinci yerə yüksəlib, Sayns üçüncü olub. Alonso da mübarizəni dayandırıb. Hülkenberq isə 15-ci yerə geriləyib.

McLaren-in ön qanadı Tsunodanın maşınının altına ilişib, sonra trasın üzərinə çıxaraq asfaltı qırıntılarla örtüb. Təhlükəsizlik Maşını trasda peyda olub. 3-cü dövrədə ilk onluq: Ferstappen – Rassell – Sayns – Lekler – Həmilton – Elbon – Tsunoda – Berman – Qasli – Antonelli.

6-cı dövrədə restart elan edilib. Ferstappen liderliyini qoruyub. 9-cu dövrədə Rassell liderlik uğrunda Ferstappenə hücum edib. Hər iki pilot 12-ci döngədə trasın hüdudlarını aşıb, amma eyni ardıcıllıqla geri qayıdıb. Stüardlar heç kəsi cərimələməyib. Bundan sonra Rassell temp itirib.

10-cu dövrədə Həmilton səhvə yol verən Lekleri keçib və dördüncü yerə yüksəlib, ardınca da fərqi açıb. 15-ci dövrədə ilk onluq: Ferstappen – Rassell – Sayns – Həmilton – Lekler – Elbon – Tsunoda – Berman – Antonelli – Louson.

16-cı dövrədə TM yenidən trasda peyda olub – Ləns Stroll və Esteban Okon birinci döngədə əyləcləmə zamanı toqquşublar və hər ikisi yarışı dayandırıb. Berman trasın hüdudlarından kənarda əldə etdiyi üstünlüyü qaytarmadığı üçün 10 saniyəlik cəza alıb.

Yarış TM arxasında başa çatıb. Maks Ferstappen sprintlərdə indiyə qədərki 13-cü qələbəsini qazanıb. İkinci yeri Corc Rassell, üçüncü yeri isə Karlos Sayns tutub. McLaren sürücülərinin xalsız qalması fonunda Maks fərqi daha 8 xal azaldıb.

Növbədə isə bu gecə baş tutacaq sıralanma turu var…

Bunları da oxuyun

Şərh əlavə et