Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Yaxşı start almaq vacibdir

Maks Ostində sprint yarışının təsnifat mərhələsində hər iki McLaren pilotunu qabaqlayaraq poulu qazanıb və təbii ki, bu nailiyyətindən çox məmnun qalıb.

Texas avtodromundakı sprint yarışı artıq onun pouldan başladığı onuncu şənbə yarışı olacaq.

Maks Ferstappen: “Təsnifat mərhələsi pis keçmədi, bütün hissələrdə fərqlər çox az idi və sadəcə hər şeyi ən vacib anda – sonda bir yerə toplamağa çalışmaq lazım idi. Bunu etmək asan deyildi, çünki yumşaq təkərlərə keçmək lazım idi, amma onların necə davranacağı barədə real təsəvvür yox idi.

Hər şey yaxşı alındı, amma sprint boyunca gərgin mübarizə olacağını qabaqcadan görürdüm. Əslində, düşünürəm ki, biz də məhz bunu görmək istəyirik. Bu günkü nəticədən razıyam və artıq sabahı səbirsizliklə gözləyirəm.

Bu gün külək əsirdi, gücü də daim dəyişirdi. Üstəlik, tras çox nahamardır, buna görə də yüksək sürətdə maşın idarəetmədən çıxa bilər. Belə mübarizədə trasın bəzi hissələrində bir qədər ehtiyatlı davranmaq lazım olurdu, amma nəticə etibarilə hər şey bizim üçün uğurlu keçdi.

Sprintdə ən vacib şey yaxşı start almaq olacaq. Birinci döngə kifayət qədər enlidir və ümid edirəm ki, yarışda yaxşı tempimiz olacaq. Amma bunu artıq sabah biləcəyik”.

Elçin Zodorov

Şərh əlavə et