Norris yeganə məşqlərin qalibidir

Norris yeganə məşqlərin qalibidir
Norris
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Artıq üçüncü ildir ki, Ostində həftəsonu sprint formatında keçirilir. Komandalar bu mərhələdə yalnız bir məşqlə işləməyə adət edib, amma bu, asan deyil – tənzimləmələr və təkərlərdən bir saata tam baş çıxarmaq mümkün olmur.

Proqram gərgin alınıb. Pilotlar ilk dəqiqələrdən trasda olublar, əksər komandalar vaxt itirməmək üçün proqramı pilotlar arasında bölüb. Hadisələrdən yayınmaq vacib olub, çünki hər dəqiqə dəyərlidir.

Hava isti olub, amma Sinqapurdan sonra komandalar bu şəraitə hazır olublar, kobud asfalt isə yenidən problemlər yaradıb. Tıxac da maneçilik törədib, amma bir müddət sonra pilotlar tras boyunca yayılıblar.

Sessiyaya Hard təkərlərlə başlayan pilotlar tədricən Medium və Soft təkərlərə keçiblər, yeganə sərbəst yürüşləri sprint təsnifatından bir neçə saat öncə qısa dövrələr seriyası ilə bitiriblər.

23-cü dəqiqədə qırmızı bayraqlar görünüb – Ləns Stroll 19-cu döngədə kerbin üzərinə ehtiyatsız çıxb və onun maşınından hansısa detal qopub. Pilotlar boksa qayıdıb, marşallar asfaltdakı qırıntıları tez təmizləyib və sessiya davam edib.

34-cü dəqiqədə Esteban Okon əyləc problemi səbəbilə çınqıllığa çıxıb, lakin elə özü ilə boksa qayıdıb və maşını mexaniklərə təhvil verib. Sayns və Lekler ötürmələr qutusu problemlərinə görə məşqi vaxtından əvvəl bitiriblər.

Ən yaxşı nəticəni Lando Norris göstərib – 1:33.294.

Növbəti 4 sessiyanın hamısı əsas sessiyalar sırasındadır və bizi Bakı saatı ilə 01:30-da sprint yarışının sıralanma turu gözləyir…

Bunları da oxuyun

Şərh əlavə et