F.Alonso: Həmiltonun cəzasına sevindim

F.Alonso: Həmiltonun cəzasına sevindim
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Aston Martin komandasının sürücüsü Fernando Alonso Sinqapur Qran Prisində Lyuis Həmiltona verilən cəza ilə bağlı fikirlərini bölüşüb.

Kokpit.az xatırladır ki,  Həmilton Marina Baydakı yarışın  son hissəsində əyləc problemi yaşadığı üçün finişə qədər bir neçə dəfə tras hüdudlarını aşmışdı və buna  görə də  yarışdan sonra 5 saniyəlik zaman cəzası almışdı.

İkiqat Dünya Çempionu Fernando Alonso zarafatla bu qərardan məmnun qaldığını deyib: “Lyuisə verilən cəzadan razı qaldım, çünki bu mənə mövqe qazandırdı. Əslində bir saniyə də bəs idi, əlavə dörd saniyəyə ehtiyac yox idi” – deyə gülümsəyərək bildirib.

İspan pilot həmçinin yarış zamanı yayımlanan radio mesajları barədə də danışıb. Onun fikrincə, televiziyada nümayiş etdirilən radio danışıqları çox vaxt kontekstdən çıxarılır və izləyicilərdə yanlış təəssürat yaradır: “Radio mesajlarımız bəzən çox səhv şəkildə təqdim olunur. Bu, hansı mesajların yayımlanacağına qərar verən şəxsdən asılıdır. Mesajların 99,9 faizi yanlış başa düşülür, çünki bunlar mühəndisinizlə və komandanızla olan şəxsi söhbətlərdir. Bütün bu ssenariləri bazar günü səhər strategiya toplantısında müzakirə edirsiniz.

Əlbəttə, yayımlanan hissələr yarışın əyləncəli tərəfini artırır. Məncə, bu sistemdə bir qədər şəffaflıq artırılmalıdır”.

Mövsümün bitməsinə 6 yarış qalmış, çempionluq mübarizəsinin McLaren pilotları ilə Maks Ferstappen arasında gedəcəyi gözlənilir.

2025-ci ildə dünya çempionunun kim olacağı sualına Fernando Alonso belə cavab verib: “Təxmin etmək çətindir. İki McLaren pilotu hal-hazırda xal baxımından üstün vəziyyətdədir. Amma Maks inanılmaz dərəcədə güclü sürücüdür. Əgər bir pilot maşının çatışmazlıqlarını kompensasiya edə bilərsə, o da Ferstappendir. Nələr olacağını görəcəyik”.

Bunları da oxuyun

Şərh əlavə et