Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Norris məsuliyyəti üzərinə götürdü

McLaren komandasının sürücüsü Oskar Piastri cümə axşamı Ostində keçirilən mətbuat konfransında  Sinqapurda komanda yoldaşı ilə yaşadığı insidenti xatırladıb və komandadakı vəziyyət barədə danışıb…

Kokpit.az xatırladır ki, Sinqapur yarışının startında McLaren komandasının sürücüləri Lando Norris və Oskar Piastri bir-birlərinə təas etmiş və hər iki pilotun da maşını zədələnmişdi.

Oskar Piastri: “Komanda daxilində bu məsələ ilə bağlı çoxlu müzakirələr apardıq və onlar çox faydalı oldu. Biz bir komanda kimi mübarizə apardığımızı çox yaxşı anlayırıq və gələcəyə birlikdə addımlayırıq. Sinqapurda baş verən hadisə isə bizim baxışımıza uyğun deyildi.

Lando məsuliyyəti öz üzərinə götürdü, eyni zamanda komanda da. Bizim üçün tam aydındır ki, birinci dövrədə baş verən toqquşma, yarışlarda görmək istədiyimiz davranış tərzinə uyğun deyildi.

Mən komandada bərabər münasibətdən çox razıyam. Hadisəni təhlil etdik, məsuliyyət Landonun üzərinə düşdü, ancaq mən komandada favoritliyin və ya qərəzin olmamasına çox şadam. 

Hər bir sürücü çempionluq uğrunda mübarizə aparmaq üçün ədalətli şansa sahib olmaq istəyir. Mənim üçün bu, ən yaxşı variantdır. Biz hər ikimiz mübarizəni davam etdiririk.

Rauf Hacıyev

Şərh əlavə et