M.Ferstappen: Şansım 50 faizdir

M.Ferstappen: Şansım 50 faizdir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ostində keçirilən FIA mətbuat konfransında Maks Ferstappen bu il titul qazanmaq şansları barədə filosofik şəkildə danışıb. Red Bull Racing komandasının pilotu mübarizədən imtina etmədiyini desə də, mümkün məğlubiyyətin onun üçün ciddi zərbə olmayacağını bildirib.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü mövsümün ikinci yarışınsa keçirilən 4 yarışın ikisində qalib gəlib və ikisində ikinci olub. O, mövsümün bu fazasında McLaren komandasının sürücülərindən çox xal toplayıb. Dördqat Dünya Çempionu hazırda çempionatın lideri Oslar Piastridən 63, ikinci yerdəki Norrisdən isə 41 xal geridə qalır.

Maks Ferstappen: “Son üç yarış həftəsonu bizim üçün çox yaxşı keçdi. Düzdür bəzi rəqiblərimizin  bir qədər daha uğurlu yarışları oldu. Mən hələ də düşünürəm ki, Sinqapurda maşından maksimum nəticə ala bilmədik.

Amma hər şeyi təhlil etdik və burada daha yaxşı çıxış etməyə çalışacağıq. Ostin çox gözəl trasdır, sprint formatında həftəsonu isə hər zamankı kimi daha gərgin olacaq. Mənim üçün maraqlıdır, görək bu trasda nəyə nail ola bilərik.

Titul şansları? 50/50 olaraq qiymətləndirirəm. Ya qazanacam, ya yox. Açığı, mən çempionatdakı vəziyyət barədə çox düşünmürəm. Yarışa gəlirəm və maşından maksimum nəticə almağa çalışıram…İirəlidə, ya da geridə olmağım barədə düşünmədən. Mən hər yarış həftəsonunu qalibiyyət üçün bir fürsət kimi görürəm.

Əgər titulu qazanmasaq, deməli qazanmadıq. Həyat davam edir. Hazırda komandamızla birlikdə maşını daha dərindən anlamağa çalışırıq ki, bu məlumatları gələn il tətbiq edə bilək. Çünki bəzi sahələrdə hər şeyi sıfırdan başlamağa ehtiyac qalmayacaq.

McLaren-in maşınının hələ də orta sürətli döngələrdə bizdən daha güclü olduğunu görürəm. Qalan hər şey isə trasın xüsusiyyətlərindən və hava şəraitindən asılıdır. Buna görə dəqiq proqnoz vermək çətindir”.

Bunları da oxuyun

Şərh əlavə et