Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin Aramco ilə yeni rəng çaları təqdim edib

Aston Martin komandası Ostin Qran Prisi ərəfəsində titul sponsoru Aramco ilə birlikdə hazırladığı xüsusi rəng çalarını təqdim edib.

Layihənin məqsədi diqqətdən kənarda qalan elmi ideyaları və texnoloji yenilikləri, eləcə də onların reallaşmasında iştirak edən istedadlı insanları ön plana çıxarmaqdır.

Komanda yeni rəng çalarını ABŞ-ın Hyuston şəhərində Aramco əməkdaşlarına təqdim edib və Aramco STEM Challenge 2025 adlı innovativ ideyalar müsabiqəsinin başladığını elan edib. Müsabiqənin əsas mükafatı Aston Martin komandasında təcrübə proqramıdır. Yarışda 18–25 yaş arası mühəndislik ixtisasında təhsil alan tələbələr iştirak edə bilərlər.

Endi Kauell, komanda rəhbəri: “Ostində bu həftəsonu komanda ilk dəfə Aramco ilə əməkdaşlıqda hazırlanmış yeni rəng çalarını göstərəcək. Biz birlikdə elmin, innovasiyaların və bu ideyaları reallaşdıra bilən insanların əhəmiyyətini vurğulamaq istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et