Kokpit.az xatırladır ki, “qırmızılar” son iki yarışda Mercedes komandasının gerisində qalıb və Mühəndislər Kubokunda alman təmsilçisinin gerisinə – üçüncü yerə düşüb. Üstəlik dördüncü yerdəki Red Bull da Ferrari ilə fərqi səkkizə qədər endirib.
Komandanın rəhbəri Frédéric Vasseur: “İki şəhər yarışından sonra biz stasionar trasa – Ostinə qayıdırıq. Burada döngələrin çox maraqlı bir kombinasiyası var. Bu tras hər kəsdən dəqiqlik tələb edir: həm komanda avtomobilin sazlanmasında, həm də pilotlar maşını tam hiss etmək baxımından diqqətli olmalıdırlar.
Həftəsonu formatına görə daha çətin olacaq, çünki şənbə günü sprint yarışı keçiriləcək və biz mübarizəyə başlamazdan əvvəl yalnız bir məşq sessiyası keçirəcəyik. Son yarışlarda biz maşının potensialını tam göstərə bilmədik, amma bütün komanda vəziyyəti dəyişməyə qərarlıdır”.
Şərh əlavə et