Haas ABŞ-a yeniliklərlə gəlir

Haas ABŞ-a yeniliklərlə gəlir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Haas komandasının rəhbəri Ayo Komatsu bildirib ki, onlar ev yarışları olan COTA-ya xüsusi hazırlaşıblar.

Haas F1 komandası Amerika traslarında keçirilən üç yarışdan ikincisi olan ev mərhələsinə – ABŞ Qran Prisinə hazırlaşır. Yarış bu həftəsonu Texas ştatındakı Circuit of the Americas (COTA) avtodromunda baş tutacaq. Ostində artıq ardıcıl üçüncü mövsümdür ki, sprint yarışı keçirilir.

Komanda Ostinə xüsusi dizaynlı bolidlər və bir neçə kiçik texniki yenilik gətirəcək.

Ayo Komatsu, komanda rəhbəri: “Biz ABŞ Qran Prisinə böyük həvəslə hazırlaşırıq, çünki COTA avtodromunda özümüzü hər zaman evdəki kimi hiss edirik. Bu yarışdan əvvəlki həftə adətən çox gərgin keçir, üstəlik bizi sprint də gözləyir, buna görə də bütün həftəsonu ərzində adrenalin səviyyəsi yüksək olacaq.

Sinqapurda Oliver 9-cu yeri tutdu və bu əla nəticədir, lakin Ostində məqsədimiz hər iki pilotun xal qazanmasıdır.

Bu mərhələyə bir neçə texniki yenilik hazırlamışıq, ancaq proqramda sprint olduğuna görə onların effektivliyini yoxlamaq üçün cəmi bir saatlıq sərbəst yürüş olacaq. Buna görə də startdan etibarən trasda maksimum səmərəli işləmək çox vacibdir”.

 

Bunları da oxuyun

Şərh əlavə et