M5 prosessorlu MacBook yoldadır

Rauf Hacıyev 13 Oktyabr 2025, 12:15
M5 prosessorlu MacBook yoldadır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Apple M5 çipli yeni MacBook Pro modellərini təqdim etməyə hazırlaşır

Apple, növbəti nəsil noutbukların üzərindəki hazırlıqlarını demək olar ki, tamamlayıb. Şirkət, M5 prosessorlu MacBook Pro modelləri ilə bağlı dəqiqləşən məlumatlarla yenidən gündəmdədir. Bu ilin sonuna qədər təqdim ediləcəyi gözlənilən əsas model, performans baxımından əhəmiyyətli inkişaf vəd edir.

Amerikalı şirkətin sınaqlardan keçirdiyi J704 kod adlı cihazın macOS Tahoe 26.0.2 versiyasında görünməsi, M5 çipli yeni MacBook Pro-nun təqdimata çox yaxın olduğunu göstərir. Əvvəlki nəsil M4 modelinin J604 kod adnı daşıyırdı. Bu da builki testlərin artıq irəli mərhələyə keçdiyini təsdiqləyir.

M5 MacBook Pro-nun təqdimat tarixi dəqiqləşir

Yeni MacBook Pro seriyasının yalnız əsas modeli bu il ərzində təqdim olunacaq. Daha güclü versiyalar — Pro və Max modelləri isə 2026-cı ilin ilk aylarında bazara çıxarılacaq. J714 və J716 kodlarını daşıyan bu cihazların macOS 26.3 versiyası ilə gələcəyi bildirilir.

Apple-ın bu modeli mərhələli şəkildə bazara çıxarma strategiyası, həm istehsal prosesinin daha nəzarətli idarə olunmasına, həm də M5 çipinin ekosistemə daha sürətli inteqrasiya edilməsinə xidmət edir.

Eyni strategiya, yeni nəsil çip

Apple əvvəllər M1 və M2 seriyalarında da eyni yanaşmanı tətbiq etmişdi — əvvəlcə əsas modellər, daha sonra yüksək səviyyəli versiyalar təqdim olunmuşdu. Görünür, M5 seriyası üçün də bu plan qorunur. Bu isə şirkətin təchizat yenilikərini planlı və sistemli şəkildə idarə etdiyini göstərir.

Bundan əlavə, M5 çipinin yalnız MacBook Pro modellərində deyil, həm də iPad Pro və Vision Pro kimi digər məhsullarda da istifadə ediləcəyi gözlənilir.

Peşəkar istifadəçilər üçün yeni dövr

Yeni nəsil M5 MacBook Pro modelləri, həm gücləndirilmiş performans, həm də dizayn baxımından yeniliklər sayəsində profesional istifadəçiləri hədəf alır. Apple bu seriyanı yalnız yüksək performanslı təchizatı ilə deyil, eyni zamanda bütün Mac ekosistemini irəli daşıyacaq strateji addım kimi təqdim etməyə hazırlaşır.

Bunları da oxuyun

Şərh əlavə et